Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 12:25
PZRK
PZRK

AzadlıqLive - Rusiya Ermənistana hansı silahları verir?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

17:54 17.2.2016

Bakıda 40 ildir tüstü bacaları təmizlənmir

Neçə-neçə adamın həyatına bais olan dəm qazı da elə təmizlənməyən tüstü bacalarından yaranır

“Hamamdaydım, ancaq gözümü açanda özümü xəstəxanada gördüm. Hələ yaxşı ki, gözümü aça bildim, yenidən həyata qayıtdım. Yoxsa dəm qazı məni də aparacaqdı...”

65 yaşlı Kifayət Səfərova dəm qazı təhlükəsi ilə bir neçə ay əvvəl qarşılaşıb. Deyir, həmin an, ümumiyyətlə, heç nə – iy, yaxud başağrısı hiss etməyib. Oğlunun tez tərpənib onu hamamdan çıxarması həyatını xilas edib.

Ancaq hamının Kifayət Səfərova kimi bəxti gətirmir. Dəm qazından zəhərlənənələrin və ölənlərin dəqiq statistikası aparılmasa da, hər il zəhərlənənlərin sayı bir neçə yüzə çatır. Qış aylarında, az qala, hər gün bənzər xəbərlər yayılır.

17:15 17.2.2016

Yuliya Timoshenkonun partiyası hakim koalisiayadan çıxdı

Ukraynanın keçmiş baş naziri Yuliya Timoshenkonun “Batkivşina” partiyası hakim koalisiyadan çıxıb.

Partiya hakim koalisiyanı xalqı uçuruma, dağılmaq həddinə çatdırmaqda ittiham edir.

16:49 17.2.2016

Xocalı faciəsini törədənlərdən 39 nəfər barəsində axtarış davam edir

Bu haqda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən ictimai müzakirədə məlumat verib.

O, bildirib ki, Hərbi Prokurorluq bu cinayəti törətməkdə şübhəli olan 231 nəfərin anket məlumatlarının tam müəyyən edilməsi və gizləndiyi yerlərin müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağdakı 366 alayın köməyi ilə erməni silahlı qüvvələri Xocalı şəhərini işğal edib. Şəhər tərk etmək istəyən dinc insanlar kütləvi şəkildə qətlə yetirilib . Həmin hadisələr zamanı 613 insan qətlə yetirilib, minlərlə insan əsir götürülüb.

16:00 17.2.2016

Sürücü polis maşınına hücum çəkir

Bakıda naməlum sürücü yol polisinin avtomobilinə hücum edib. "Qafqazinfo"ya daxil olan video görüntülərdən məlum olur ki, hadisə Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib. Belə ki, yol polisinin saxladığı sürücü ona tabe olmayaraq müqavimət göstərib.

O, yol polisinin avtomobilinin üstünə çıxaraq, maşına ziyan vurmağa çalışıb. Daha sonra polislər onu zərərsizləşdiriblər.

Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

***

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.

Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.

Davamı

XS
SM
MD
LG