Putinin şəklini göstərən futbolçu cəzalana bilər
Rusiyanın “Lokomotiv” klubunu və futbolçusu Dmitri Tarasovu UEFA cəzalandıra bilər.Buna səbəb Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində dünən İstanbulda keçirilmiş “Fənərbaxça” – “Lokomotiv” matçından sonra Tarasovun nümayiş etdirdiyi köynəkdir. Görüş başa çatandan sonra yarımmüdafiəçi üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan və “Ən nəzakətli prezident” sözləri yazılmış formanı nümayiş etdirib. Tarasov 10 oyun cəzalana bilər.
Rusiya Futbol İttifaqından İqor Lebedev Tarasovun hərəkətini "axmaq hərəkət" adlandırıb və deyib ki, vətənpərvərliyi meydanda göstərmək lazımdır.
İxrac 2 dəfə azalıb
Bu ilin yanvarında Azərbaycanın xarici ticarət həcmi 2015-cü ilin eyni dövrüylə müqayisədə 40,62 faiz azalıb. Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumata görə, idxal 22,95%, ixracsa, az qala, yarıbayarı (48,57%) aşağı düşüb.
«Noyabrdan yığılıb qalmış maaşımızı ala bilmirik. Elə deyirlər, «get, sabah gəl»».
Əhməd İsayevin deməsinə görə, «Gilan İnşaat» MMC-də fəhlə kimi çalışıb, ancaq noyabr ayından üst-üstə yığılmış maaşını ala bilmir. Onun sözlərinə görə, bir neçə dəfə şirkətin baş ofisinin qarşısına da toplaşıblar. Ancaq səslərinə səs verən olmayıb
Xəstəlik tapıldı, evlənmədilər
“2015-ci ilin 1 iyun tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən şəxslərdə aparılan tibbi müayinələr nəticəsində 2 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlandığı üçün onlar evlənməkdən imtina ediblər”.
Bu sözləri modern.az saytına açıqlamasında Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O qeyd edib ki, cütlüklərin hər ikisində talassemiya daşıyıcısı olmasına rağmən evlənənlər də olub.