Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 11:51
PZRK
PZRK

AzadlıqLive - Rusiya Ermənistana hansı silahları verir?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

16:05 16.2.2016

Rəsul Cəfərov: "...bu mənə qarşı qərəzli münasibətdən irəli gəlir"

Bu günki məhkəmədə Rəsul Cəfərov özü də çıxış etdi:

«Mən donor təşkilatların pulunu mənimsəməkdə ittiham olunuram. O təşkilatların da işin içində məktubları var ki, mənimsəmə olmayıb, bizim narazılığımız yoxdur. Bu, mənə qarşı qərəzli münasibətdən irəli gəlir. Mən özüm hüquqşünasam, həmişə də qanunun aliliyinin bərqərar olmasına çalışmışam. Heç bir qanunu da pozmamışam. Mən bu işə də hüquqi prizmadan yanaşmağa çalışdım. Təəssüf ki, Bakı Ağır Cinayətlər Məhkəməsi, Apellyasiya Məhkəməsi bu işə məndən daha çox siyasi yanaşdı. O məhkəmələrin qərarları ləğv olunmalı və mənə münasibətdə ədalətli qərar çıxarılmalıdır».

16:53 16.2.2016

Penitensiar xidmət: “Nurani İbrahimov yıxılıb ölüb ”

“Dustağın döyülərək öldürülməsi xəbəri həqiqətə uyğun olmayan qərəzli məlumatdır”

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 6 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkumun döyülməsi, iki nəfərin öldürülməsi barədə xəbərləri təkzib edib.

Xidmətin açıqlamasında dustaqların öldürülməsi barədə xəbərlər “həqiqətə uyğun olmayan qərəzli məlumatlar” adlandırılır. Xəbəri Trend yayıb.

Yaxınları isə bildirirdilər ki, Nurani İbrahimovun üzərində işgəncə izləri var idi

17:35 16.2.2016

İcbari Tibbi sığorta qurumu yaradılır

Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

19:18 16.2.2016

Taylor Süift, Kendrick Lamar, Jimmy Carter

Fevralın 15-də Los Ancelesdə "Grammy" musiqi mükafatının təqdimetmə mərasimi keçirilib.

Amerika pop ifaçısı Taylor Swift "1989" albomuna görə "İlin albomu" nominasiyasında Grammy-yə layiq görülüb.

"1989" həmçinin "Ən yaxşı vokal pop albomu" adına layiq görülüb.

BBC xəbər verir ki, bununla da Swift "İlin albomu" mükafatına iki dəfə layiq görülmüş ilk qadın olub. Bundan başqa müğənninin"Bad Blood" kompozisiyasına çəkilmiş video "Ən yaxşı musiqi videosu" nominasiyasında qalib olub.

Builki "Grammy" mərasimində triumfu isə reper Kendrick Lamar edib.

O, düz beş "Grammy"yə layiq görülüb.

ABŞ-ın eks-prezidenti Jimmy Carter "Ən yaxşı sözlü albom" nominasiyasında "Grammy"yə layiq görülüb. Siyasətçinin keçən il işıq üzü görmüş avtobioqrafik kitabının audioyazısı "A Full Life: Reflections at Ninety" ("Dolğun həyat: doxsan yaşında düşüncələr") adlanır.

Davamı

XS
SM
MD
LG