Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:16

Keçmiş prezident "Grammy" mükafatı aldı... İkinci dəfə


Jimmy Carter
Jimmy Carter

►Taylor Swift və Kendrick Lamar qalib oldular

Fevralın 15-də Los Ancelesdə "Grammy" musiqi mükafatının təqdimetmə mərasimi keçirilib.

Amerika pop ifaçısı Taylor Swift "1989" albomuna görə "İlin albomu" nominasiyasında Grammy-yə layiq görülüb.

"1989" həmçinin "Ən yaxşı vokal pop albomu" adına layiq görülüb.

BBC xəbər verir ki, bununla da Swift "İlin albomu" mükafatına iki dəfə layiq görülmüş ilk qadın olub. Bundan başqa müğənninin"Bad Blood" kompozisiyasına çəkilmiş video "Ən yaxşı musiqi videosu" nominasiyasında qalib olub.

Builki "Grammy" mərasimində triumfu isə reper Kendrick Lamar edib.

O, düz beş "Grammy"yə layiq görülüb. Onun "Pimp a Butterfly" adlı diski "Ən yaxşı rep albomu" elan edilib.

ABŞ-ın eks-prezidenti Jimmy Carter "Ən yaxşı sözlü albom" nominasiyasında "Grammy"yə layiq görülüb. Siyasətçinin keçən il işıq üzü görmüş avtobioqrafik kitabının audioyazısı "A Full Life: Reflections at Ninety" ("Dolğun həyat: doxsan yaşında düşüncələr") adlanır.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bu onun ikinci "Grammy"sidir.

2007-ci ildə o, "Our Endangered Values: America's Moral Crisis" (Təhlükədə olan dəyərlərimiz. Amerikada mənəvi böhran) adlanan kitabının səsləndirilməsinə görə mükafata layiq görülmüşdü.

Kendrick Lamar mükafatı qəbul edir.
Kendrick Lamar mükafatı qəbul edir.

Taylor Swift mükafatı qəbul edir.
Taylor Swift mükafatı qəbul edir.

Lady Gaga mərasimdə mahnı oxuyub.
Lady Gaga mərasimdə mahnı oxuyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG