Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 02:54

“Rusiya Suriyada sülhü çətinləşdirir”


John Kerry (sağda) və Sergei Lavrov (arxiv fotosu)

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, Rusiyanın Suriyadakı fəaliyyəti beş illik müharibəyə danışıqlar yoluya son verilməsini çətinləşdirir. Suriya hökumət qüvvələri, Rusiya hava zərbələrinin dəstəyilə üsyançıların mövqelərini mühasirəyə almaqdadır. Bu, BMT-nin vasitəçiliyi ilə ötən həftə Cenevrədə keçirilmiş sülh danışıqlarının ertələnməsinə gətirib.

“Rusiyanın Hələbdə və regionda fəaliyyəti bir masa arxasında əyləşib ciddi söhbət aparılmasını çətinləşdirir”, Kerry fevralın 9-da deyib.

Kerry fevralın 10-da Münhendə rusiyalı həmkarı Sergei Lavrov-la görüşəcək. Lavrov deyib ki, Moskva Vaşinqtona Suriya müharibəsini bitirməyi hədəfləyən yeni təkliflər təqdim edib.

XS
SM
MD
LG