Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:28

Yasamal, Samux və Goranboyda yanğın olub


-

Bakının Yasamal rayonunda taxta konstruksiyalardan ibarət talvar və altına yığılmış taxta qırıntıları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Daha bir yanğın Samux rayonu, Sərkar kəndində birmərtəbəli 5 otaqlı evdə yanğın olub. Nəticədə evin mətbəxində ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonu, Safikürd kəndində isə birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbərləri Fövqəladə Hallar Nazirliyi yayıb.

XS
SM
MD
LG