Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 10:15

Türkiyədə 3 rusiyalı saxlanıb


Sultanahmet, 12 yanvar, 2016-cı il

-

Türkiyədən gələn məlumatlara görə, İslam Dövləti (İD) silahlı qruplaşması ilə əlaqələrdə şübhəli bilinən 3 rusiyalı saxlanıb.

Antalya polisi şübhəlilərin qaldığı yerdəki sənədləri və CD-ləri də müsadirə edib. Xəbəri Dogan agentliyi yanvarın 13-də yayıb.

Şübhəlilərin İD-lə münaqişə zonalarında əlaqə yaratdığı, qrupa maddi-texniki dəstək göstərdiyi bildirilir.

Rusiyanın Antalyadakı baş konuslu da rusiyalıların saxlandığını təsdiqləyib, səbəblərin araşdırıldığını bildirib.

Bir gün öncə İstanbulda törədilmiş partlayışda 10 əcnəbi öldürülüb. Hücumu şübhəli İD üzvünün törətdiyi bildirilir.

XS
SM
MD
LG