Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:40

İlham Əliyev köhnə arzusundan danışdı


Arxiv fotosu

-

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır”. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında xəstəxananın açılışında belə deyib.

Dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf templərinə görə “dünya miqyasında yenə də birincilər sırasında” olduğunu bəyan edib. “Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcəkdir”, - deyə prezident bildirib.

İlham Əliyev əvvəlki çıxışlarında dilə gətirdiyi arzusunu bu dəfə də təkrarlayıb: “Bəzi hallarda vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər”.

O, Azərbaycanda səhiyyə ilə bağlı kompleks tədbirlər görüldüyünü, səhiyyə infrastrukturu yaradıldığını bildirib. Ancaq bununla belə görüləsi işlərin hələ çox olduğunu da vurğulayıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG