Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Əli Abbasov: «Evimdə oturmuşam»


Əli Abbasov
Əli Abbasov

-

«Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırmayıblar».

Bunu virtualaz.org saytına açıqlamasında vəzifəsindən azad olunan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə əksər KİV-lər tərəfindən yayılan məlumatları da təkzib edib.

«Heç bir axtarış olmayıb» - sabiq nazir bildirib.

2016-CI İL BÜDCƏSİ TƏHLÜKƏDƏ

«Azadlıq» qəzeti yazır ki, ekspertlərə görə, hazırda 44 dollar olan neftin qiymətinin bir qədər də düşməsi ciddi fəsadlar yaradacaq.

Qəzetin yazdığına görə, neftin hətta hazırkı qiyməti belə Azərbaycan büdcəsinə ciddi problemlər yarada bilər: «Çünki gələn ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Artıq gələn il üçün neftin qiymətinin 50 dollar olmayacağı dəqiqdir. Büdcənin ciddi ixtisara uğraması nəzərə alınarsa, hazırkı qiymət büdcə xərclərində, büdcə öhdəliyinin icrasında ciddi problemlər yarada bilər».

Ekspertlərin fikrincə, neftin hazırkı qiyməti büdcə üçün problemlərdən başqa heç nə vəd etmir. Neftin qiymətinin hər bir dollar düşməsi isə Azərbaycan üçün 700 min dollar itki deməkdir… Bu isə hazırkı maliyyə böhranında Azərbaycan üçün ciddi itkidir.

İlham Əliyev.
İlham Əliyev.

BALANS SİYASƏTİNƏ QAYITMAQ VAXTI

«Bizim yol» qəzeti yazır ki, son illərdə Cənubi Qafqaz ölkələrində gedən daxili proseslərdə «soyuq müharibə»nin təsirləri açıq sezilir: «Azərbaycan və Gürcüstan özünü Rusiyanın aqressiyasından qorumaq üçün preventiv tədbirlərə əl atır. Azərbaycanda Kremlin təzyiqlərini neytrallaşdırmaq üçün hökumətin «Qərbin beşinci kolonu» elan etdiyi partiyaların və QHT şəbəkəsinin sıradan çıxarılması, Gürcüstanda isə Putin-in qatı düşməni Saakashvili-nin siyasi gücünün zəiflədilməsi, özünün vətəndaşlıqdan məhrum edilməsi, KİV-lərinin dağıdılması prosesi gedir».

Daha sonra qəzet qeyd edir ki, Rusiyanın əsas dərdi Azərbaycanla bağlıdır: «Kreml Cənubi Qafqazın əsas ölkəsini tamamilə ram etmək üçün bütün mümkün təzyiq vasitələrindən istifadə edir. Bura ilk növbədə Qarabağ danışıqlarının Minsk Qrupu formatından de-fakto çıxarılaraq Moskvanın nəzarətinə verilməsi daxildir. Bu barədə bir neçə ay əvvəl amerikalı tədqiqatçı Thomas de Waal da yazmışdı. O, rəsmi Bakının Vaşinqton və Brüssellə dialoqu zəiflətdiyini, Rusiyanın təşəbbüsü tamamilə ələ aldığına eyham vurmuşdu».

Qəzet iddia edir ki, Azərbaycanın bu günə qədər apardığı balans siyasətinin davamlı olmasında israrlı olmaqdan yaxşı yolu qalmır: «Rəsmi Bakı Rusiyanın maraqlarına cavab verən Qərblə konfrontasiyanı yumşaldıb bu siyasətinə dəstəyi təmin etməlidir. Onsuz da Qərbdə Azərbaycandan çox böyük addımlar gözləmirlər, regiondakı mövcud hərbi-siyasi durum nəzərə alınır. Əlbəttə, Ukrayna nümunəsi hər bir postsovet ölkəsi üçün dərs çıxarılması böhrandır. Amma yumşaq seçim üçün həmişə imkan var, Qərbin Bakının kiçik bir addımına ən yüksək səviyyədə reaksiya verməsi onun dönüşü gözlədiyinə işarədir».

Yanan bina təmirdən sonra.
Yanan bina təmirdən sonra.

YANAN BİNA SAKİNLƏRİNİN SÖNMƏYƏN DƏRDİ

ANSpress yazır ki, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yanan 16-mərtəbəli binanın sakinləri narazıdırlar, yenidən etiraz aksiyası keçirəcəklər.

Aksiya keçirmək istəmələrinə səbəb yanğın baş verdiyi zaman binanın həyətində yararsız hala düşən avtomobillər və obyektlərinə görə kompensasiyanın hələ də ödənilməməsidir.

Nazirlər Kabinetindən isə deyirlər ki, avtomobilinə ziyan dəyən və buna görə təzminat almalı olan şəxslər Nazirlər Kabinetinin tərkibində formalaşdırılan xüsusi komissiyaya yenidən müraciət etməlidirlər. Burada onların problemi öz həllini tapacaq.

MƏİŞƏT ZORAKILIĞI HALLARI ARAŞDIRILIR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatların toplanmasına başlanılıb. Artıq pilot layihə kimi ilkin onlayn məlumat bazası yekunlaşmaq üzrədir. yap.org.az yazır ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynova qeyd edib ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir. Onun dediyinə görə, dövlətin əsas prioriteti qadınların öz hüquqlarını bilməsi, onların fəallığının artmasıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG