Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. O sosial şəbəkə və axtarış sistemləri adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.
Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan qaydasıdır.
"skype" - skayp
"site" - sayt
"provider" - provayder
"facebook" - feysbuk
"twitter" - tvitter
"instagram" - instaqram
"e-mail"- imeyl
"youtube" - yutub
"messenger" – mesencer
"whatsapp" - votsap
"line" - layn
"viber" - vayber
"google" - quql
"yandex" - yandeks
"wi-fi" - vayfay