“Qəbələ” Avropa Liqası qrup mərhələsinin IV turunda Dortmundun “Borussiya” klubu ilə oyuna hazırlaşır.
Komanda noyabrın 3-də Qəbələ stadionunda sonuncu məşqinə çıxıb, saat 16:00-da isə komanda Qəbələdən Dortmunda yollanıb.
Komanda noyabrın 4-də Dortmundun BVB stadionunda oyun qabağı məşqə çıxacaq.
"Borussiya" - "Qəbələ" görüşü noyabrın 5-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.