Rusiya prezidenti Vladimir Putinin reytinqi yeni rekord həddə - 89.9% -ə çatıb. Bu, Ümumrusiya İctimai Rəy Mərkəzinin məlumatıdır. Sözügedən reytinq Rumıniya prezidenti Nikolae Chausheskunun güllələnməzdən az öncə malik olduğu reytinqdən cüzi azdır. Amma əvəzində 2011-ci ildə ərəb inqilabı nəticəsində devrilərək həbs edilən Misir prezidenti Hosni Mobarokın həmin hadisələrdən bir neçə il əvvəl malik olduğu reytinqdən çoxdur
Siyasətçilərin analoqu olmayan reytinqləri- [fotolar]

1
Putinin reytinqinin 86% göstərilməsi ənənəsi hələ 2015-ci iyunundan pozulub. Həmin vaxt “Levada-tsentra” yerli araşdırma mərkəzi prezidentin reytinqinin 89%-ə çatdığını elan etmişdi

2
İndi Ümumrusiya İctimai Rəy Mərkəzinə inansaq, Putin 89.9% reytinqlə hətta Azərbaycan prezidentini belə geridə qoyub. Son sosioloji sorğuların nəticələrinə görə, İlham Əliyevi ölkə əhalisnin 89.7%-i dəstəkləyir. Əliyev indi özünə bir şeylə təsəlli verə bilər ki, onun hazırkı reytinqi sonuncu dəfə 2013-cü ildə keçirilmiş prezident seçkilərində topladığı səsdən çoxdur.

3
Tacikistan prezidentinin də Putinin arxasında başıaşağı dayanmasına səbəb var: 1992-ci ildən ölkyə rəhbərlik edən Emomali Rahmon öz reytinqinə görə Rusiya liderindən geri qalır . 2013-cü ildəki prezident seçkilərində o, cəmi-cümlətanı 83.92% səs yığıb.

4
Putin öz reytinqini Nazarbayevin 2015-ci ilin aprelində keçirdiyi növbədənkənar prezident seçkilərində toplamış olduğu 97.75%-ə çatdırmaq üçün hələ çox səy göstərməlidir.