Siyasətçilərin analoqu olmayan reytinqləri- [fotolar]
Rusiya prezidenti Vladimir Putinin reytinqi yeni rekord həddə - 89.9% -ə çatıb. Bu, Ümumrusiya İctimai Rəy Mərkəzinin məlumatıdır. Sözügedən reytinq Rumıniya prezidenti Nikolae Chausheskunun güllələnməzdən az öncə malik olduğu reytinqdən cüzi azdır. Amma əvəzində 2011-ci ildə ərəb inqilabı nəticəsində devrilərək həbs edilən Misir prezidenti Hosni Mobarokın həmin hadisələrdən bir neçə il əvvəl malik olduğu reytinqdən çoxdur
5
Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov 2012-ci il seçkilərində Nazarbayevdən daha az səs yığıb. Vur-tut 97.14%. Amma əvəzində o, Aşqabadda qızıl suyuna çəkilmiş əbədi heykəli ilə öyünə bilər.
6
1995-ci ildən etibarən İraq konstitusiyasına əsasən, dövlət başçısı referendum yolu ilə 7 il müddətinə seçilməyə başladı. Həmin il oktryabrın 15-də Saddam Hoseyn ümumxalq səsverməsində 99.96% iraqlının etimadını qazandı. 2002-ci il referendumunda “Saddam Hoseynin prezident postunda qalmasına razısınızmı” sualına, rəsmi məlumata görə, seçicilərin 100%-i “hə” cavabı verdi. Bundan cəmi bir il sonra isə Saddam Ad-Daur kəndində bir evin zirzəmisində həbs olundu. 2006-cı il noyabrın 5-də İraqın Ali cinayət tribunalı onu şiələrin qətliamında təqsirli bilərək, ölüm hökmünə məhkum etdi. Hökm həmin il dekabrın 30-da icra olundu.
7
Bəzi məlumatlara görə, Rumıniya prezidenti Nikolae Chaushesku həyat yoldaşı ilə birgə 1989-cu il dekabrın 25-də edam edilməzdən az əvvəl onun reytinqi 90%-dən artlq olub. Onun rəhbərlik etdiyi “Sosialist Birliyi Cəbhəsi” seçkilərdə adətən məhz bu qədər səs toplayardı.
8
2005-ci ildə Misir prezidenti Hosni Mobarak ölkə tarixində ilk dəfə alternativ namizədlərin olduğu seçkilərdə iştirak edərək, 6-cı dəfə prezident kreslosuna oturdu. Bundan 6 il sonra, 2011-ci ilin fevralında xalq hərəkarı nəticəsində vəzifəsindən getməli oldu. Məhkəmə qarşısına çıxarıldı. Korrupsiyada və dinc nümayişçilərin ölümündə təqsirli bilinərək, ömürlük azadlıdan məhrum edildi. 2014-cü ildə keçirilən təkrar məhkəmə prosesində həmin ittiham ləğv edilsə də, bu qərar tezliklə ləğv olundu. Ağır xəstə olan Mobarakın yeni məhkəməsi bu ilin noyabrında başlanacaq.