Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:17

Səudiyyə Suriyadakı iranlılar barədə


Adel al-Jubeir (solda) rusiyalı həmkarı Sergei Lavrov-la mətbuat konfransında, arxiv fotosu

Adel al-Jubeir (solda) rusiyalı həmkarı Sergei Lavrov-la mətbuat konfransında, arxiv fotosu

-

İranın Suriyada hökumət qüvvələrini dəstəkləməsi bu ölkənin sülhyaratma işindəki rolunu əngəlləyir. Bunu Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir deyib.

“Sual belədir: İran Suriyada münaqişənin həllinə qoşulmaq üçün nə etməlidir?” Jubeir Riyadda keçirilən mətbuat konfransında deyib. “Cavab sadədir: Suriyadan geri çəkilsin və Bashar al-Assad rejiminə silah göndərilməsini dayandırsın, şiə yaraqlıları geri çəksin… ondan sonra bir rolu ola bilər”.

Səudiyyə Ərəbistanı da Assad-a qarşı vuruşan silahlı qrupları dəstəkləyir.

Jubeir deyib ki, İran “Suriyadakı ərəb torpaqlarını işğal edib” və Livan, Suriya, İraq və Yəmən kimi ərəb ölkələrinin işinə “qarışmağı” dayandırmalıdır.

İran Suriyaya döyüşçü deyil, Suriyanın xahişi ilə hərbi müşavir göndərdiyini deyir.

Bu yaxınlarda Suriyada bir neçə iranlı hərbi komandir öldürülüb.

XS
SM
MD
LG