Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27

Məşhur şirkətlər Vergilər Nazirliyinin qara siyahısında


Foto illüstrasiya
Foto illüstrasiya

-

Vergilər Nazirliyi vergi borcu olanların siyahısını yeniləyib. Bunların sırasına bir neçə məşhur, o cümlədən oliqarx ailələrinə məxsus şirkət daxil olub.

Məsələn, «Royal Estate» MMC (daşınmaz əmlakın idarə edilməsi) nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus «Garant Holding» qrupuna daxildir. «Transqeyt» nəqliyyat şirkəti və «Bakı» futbol klubu da vergilərini ödəmir...

«Riyad-Farm» MMC də Vergilər Nazirliyinin qara siyahısındadır. Bu şirkət prezidentin əmisi oğlu İlqar Əliyevə aiddir. Şirkətin 20 filialı və apteklər şəbəkəsi (Bakı və rayonlarda 40 aptek) var. 1998-ci ildə yaradılan şirkətdə 2.4 min işçi çalışır.

«Impresa S.P.A.» (İtaliya) yol-tikinti şirkətinin Azərbaycan filialı da vergiləri vaxtında ödəmir.

Siyahıya 450 şirkət və fiziki şəxs, eləcə də bir sıra xarici şirkətlərin filial və nümayəndəliyi düşüb. Vergilər Nazirliyinin məlumatına görə, dövlət və büdcə müəssisələri və təşkilatları da vergidən yayınır. Borc məbləği açıqlanmır. Hərçənd qanunvericiliyə görə, bu, kommersiya sirri deyil. /Turan/.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG