Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:07

İD Suriyanın qədim Palmira şəhərini tutur


Palmira

-

İslam Dövləti silahlı qruplaşması Suriyanın qədim Palmira şəhərini tutub. Bir neçə gün öncə bu qrup İraqın Ramadi şəhərini ələ keçirmişdi.

Ötən gecə yaraqlıların şəhərin arxeoloji ərazilərinin hansı məsafəsində olduğu bəlli deyildi. Fəalların sözlərinə görə, Suriya əsgərləri ərazidən qaçmaqdadır.

Palmira xərabələri dünyanın ən qədim tarixi məkanlarından sayılır. Ekstremistlərin onları da dağıdacağı sarıdan qorxu yaranıb. Öncə İD İraqda tarixi yerləri məhv edib.

Bu şəhər Suriya hökuməti üçün böyük itkidir, çünki ekstremistlərin hökumətin nəzarətində olan ərazilərə, ölkənin mərkəzində neft və qaz yataqlarına yolunu açır.

Palmiranın süqutuyla İD Suriyanın 40 faizini ələ keçirmiş oldu.

XS
SM
MD
LG