Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:51

Merkellə Putin Moskvada danışıqlar aparıblar


Angela Merkel (solda) və Vladimir Putin

-

Almaniya kansleri Angela Merkel deyir ki, fevralda Minskdə razılaşdırılmış atəşkəs sazişinə baxmayaraq, Ukraynada hələ də həqiqi atəşkəs əldə olunmayb. Mayın 10-da Moskvada Rusiya prezidenti Vladimir Putin-lə danışıqlardan sonra Merkel Qərblə Rusiya arasında “fikir ayrılıqları”na baxmayaraq, Ukraynada münaqişəni bitirmək üçün diplomatik səyləri artırmağa çağırıb. O, Donetsk və Luqanskdakı rusiyayönlü separatçı liderləri regiona Ukrayna humanitar yardımını buraxmağa çağırıb.

Merkel-in sözlərinə görə, görüş hər iki liderə imkan verib ki, “ikitərəfli, Rusiya və AB arasındakı münasibətləri və ... Ukraynanı ərazi bütövlüyünə dəstəyi müzakirə etsinlər”.

Ötən ilin aprelindən bəri Ukraynanın şərqində hökumət qüvvələri ilə moskvapərəst separatçıların döyüşü nəticəsində 6 mindən çox adam ölüb.

Merkel Rusiyaya mayın 10-da gedib, digər Qərb liderləri kimi o da 9 may paradında iştirak etməyib.

XS
SM
MD
LG