Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 22:45

ABŞ İslam Dövləti qrupu liderlərinin başına pul ayırdı


Umar al-Shishani (Tarkhan Batirashvili)
Umar al-Shishani (Tarkhan Batirashvili)

ABŞ İslam Dövləti təşkilatının 4 əsas liderinin həbsinə aparan məlumata ümumilikdə 20 milyon dollar mükafat ayırıb.

Dövlət Departamentinin mayın 5-də yaydığı məlumatına görə, Abd al-Rahman Mustafa al-Qaduli barədə məlumata 7, Abu Mohammed al-Adnani vəTarkhan Tayumurazovich Batirashvilinin hərəsinə 5,Tariq Bin-al-Tahar Bin al Falih al-'Awni al-Harzi barədə məlumata isə 3 milyon mükafat vəd edilir.

Məlumata görə, ilk olaraq Əl Qaidənin İraqdakı bölməsinə qoşulan Qaduli İslam Dövləti qrupunun əsas lideridir.

Adnani qrupun sözçüsü, Harzi isə bu qrupun Suriya-Türkiyə sərhəddi arasında fəaliyyət göstərən birləşmələrinin lideridir.

Batirashvili isə Suriyanın şimalındakı birləşmənin komandiridir.

Yaxın Şərqdə həm dəУмар аль-Shishani kimi tanınan Batirashvili Gürcüstanın Pankisi vadisindəndir.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.

XS
SM
MD
LG