Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 14:10

“Azadlıq-2015” blokuna daxil olan partiyalar Prezident Administrasiyasının iqtidar-müxalifət nümayəndələrinin növbəti görüşündə Avropa Oyunları ilə bağlı müzakirələr aparmaq təklifini qəbul etmir”.

Bu barədə Turana Klassik Xalq Cəhbəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Onun sözlərinə görə, səbəblərdən biri Prezident Administrasiyasının görüşün formatını partiyalara xəbər vermədən dəyişdirməsidir.

İqtidar təmsilçiləri ilə keçirilmiş ikinci görüşdən sonra iştirakçı partiyaların sırasına Müsavat, Xalq Cəbhəsi və Ədalət partiyalarının qoşulması barədə razılıq olub. İndi isə hər-hansı müzakirə və razılıq olmadan PA görüşə “qeydə alınmış və alınmamış bütün partiyalar” formatını təqdim edir.

Narazılığa digər səbəb isə müzakirə olunacaq mövzunun partiyalarla razılaşıdrılmamasıdır.

Partiya sədrinin fikrincə, Prezident Aparatı yanaşmasında düzəlişlər etməsə, bu, görüşlərin pozulmasına səbəb ola bilər.

Xatırladaq ki, 2014-cü ildən bu yanamüxalifət və iqtidar təmsilçiləri arasında iki görüş keçirilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG