Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 21:14

Tanınmış rus yazıçısı vəfat etdi


Valentin Rasputin
Valentin Rasputin

-

Martın 14-də rus-sovet “kənd nəsrinin” ən tanınmış nümayəndəsi Valentin Rasputin dünyasını dəyişib.

Rasputin cəmi bir neçə saat da yaşasaydı martın 15-də 78 yaşı tamam olacaqdı. O, xəstəxanada komadan ayılmadan vəfat edib.

Valentin Rasputin həyatının böyük hissəsini doğulduğu İrkutskda yaşayıb, İrkutsk və Krasnoyarsk qəzetlərində çalışıb.

Yazıçı həm də ictimayi fəaliyyətlə məşğul olub, Baykal gölünün qorunmasıyla bağlı kampaniyalar təşkil edib. Ədəbiyyatda isə o ilk əsərlərindən olan “Mariyaya pul lazımdır” povesti ilə məşhurlaşıb. Onun ən məşhur əsərləri “Yaşa və xatırla", “Anayla vidalaşma”, “Yanğın”, “Fransız dili”, “Sonuncu müddət”dir.

O, rus xalqının öz dəyərlərinə əsaslanıb yenidən mənən dirçəlməsini təbliğ edirdi.

Tənqidçiləri Rasputini kənd həyatını ideallaşdırmaqda, onu müasirliyə qarşı qoymaqda qınayırdılar.

Yenidənqurma dövründəki islahatları tənqid edən Rasputin bunun Rusiyada çalxalanmalara yol açdığını düşünürdü. O hətta millətçi-pravoslav "Pamyat" hərəkatına da qoşulmuşdu. Həmin hərəkat həm də anti-semitizmi ilə seçilirdi. Amma Rasputin yəhudilərə qarşı nifrət etməsi haqda fikirləri rədd edirdi.

Rasputin onu 2006-cı ildə avtomobil qəzasında həlak olan qızının və 3 il əvvəl itirdiyi həyat yoldaşının yanında basdırmağı vəsiyyət edib.

Rasputinin əsərləri Azərbaycan dilinə hələ 80-ci illərdə Vidadi Babanlı, Kamil Quliyev, Aydın Uluxanlı tərəfindən çevrilib.

Valentin Rasputin (sağda) Rusiya prezidenti Vladimir Putinlə
Valentin Rasputin (sağda) Rusiya prezidenti Vladimir Putinlə

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG