Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:24

"Anna Karenina"nın on-line oxunuşu Guinness-in Rekordlar Kitabına düşdü


Youtube-da "Anna Karenina"nın on-line oxunuşu
Youtube-da "Anna Karenina"nın on-line oxunuşu

-

Böyük rus yazıçısı Lev Tolstoyun "Anna Karenina" romanının on-line oxunuşu Guinness-in Rekordlar Kitabına düşdü:

"Ən böyük auditoriyası olan oxu marafonu" kateqoriyasında.

"Google" şirkəti və yazıçının Yasnaya Polyanadakı ev-muzeyinin birgə layihəsi olan bu on-line qiraət 2014-cü ilin noyabrında başlanıb və 36 saat davam edib.

On-line oxuda 700 tolstoysevər iştirak edib. Marafon təkcə Rusiyada yox, Nyu-York, Los-Anceles, Tokio, Tel-Əviv və başqa dünya şəhərlərində də keçirilib.

Youtube-da canlı yayınlanan oxuda iştirakçılar estafeti bir-birindən alıb marafona davam edirdilər.

Marafona Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, jurnalist Leonid Parfenov, aktyor Sergei Garmash və başqaları da qatılıblar.

Bundan sonra "Anna Karenina"nın "canlı nəşri"nə həsr olunan ayrıca sayt da yaradılıb.

Naviqasiya sistemi saytda romanın on-line qiraətinin istənilən bölümünü seçməyə imkan verir.

Bununla yanaşı roman dəb, ölüm, şayiə, dəmiryolu, karyera və s. tematikalar üzrə də bölünüb. O dövrün dəbini anladan hissəni seçmək istəyirsənsə, buyur.

Bundan başqa roman 4 musiqi temasına da bölünüb. İstəsəniz oxunan parçaya uyğun mahnıya da eyni anda qulaq asa bilərsiniz.

XS
SM
MD
LG