Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Qazaxıstan Ukraynaya kömək etməyə hazırdır


Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ukraynanın şərqindəki böhranı həll etmək üçün "ədalətli vasitəçi" olmağa hazırdır.

Nazarbayev Ukraynaya kömək etməyə, ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə zamin olmağa söz verib.

Qazaxıstan prezidentinin bu fikirlərini Rusiyanın İnterfax xəbər agentliyi yayıb. Nazarbayev deyib ki, onların həm Rusiya, həm də Ukrayna ilə yaxşı əlaqələri var və bu münasibətlər də onun "sülh vasitəçisi"olmağına imkan verir.

Nazarbayev dekabrın 22-də Ukraynaya səfər edəcək. O, ukraynalı həmkarı Petro Poroshenko ilə görüşəcək.

Dekabrın 21-də isə Belorus prezidenti Alyaksandr Lukashenka Petro Poroshenko ilə görüşüb.

XS
SM
MD
LG