Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Xədicə İsmayıl: «Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq»


Jurnalist Xədicə İsmayıl

-

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıl bunu bu gün səhər radioya telefon zəngində deyib. Xədicə İsmayıl bildirib ki, hazırda saxlanma şəraitindən şikayəti yoxdur. Jurnalist həbsinin səbəblərinə də toxunub:

«Mən möhkəməm, siz də möhkəm olun. Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq. Bu baş verdi və mən həbs olundum. Mənə qarşı irəli sürülən ittihamlar uydurmadır. Çirkli və qara piar üçün nəzərdə tutulmuş ittiham irəli sürülüb. Ancaq bütün bunlara baxmayaraq mən möhkəməm. Bilirəm ki, sizə də asan deyil. Amma ruhdan düşməyin. İşinizi davam etdirin. Hər kəsin öz işini davam etdirməsi çox vacibdir. Həmkarlarımdan yeni-yeni araşdırmalar, hüquq müdafiəçilərindən yeni-yeni təşəbbüslər gözləyirik. İş davam etməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG