Almaniyanın kansleri Angela Merkel deyir ki, Pakistanın baş naziri Nawaz Sharif-in səfərindən sonra Berlin İslamabadla münasibətləri təkmilləşdirmək istəyir.
Noyabrın 11-də Berlində keçirilən müzakirələrdə Merkel deyib ki, Almaniya Pakistana, özəlliklə də enerji sektoruna sərmayələri artırmaq istəyir.
Merkel-in sözlərinə görə, Almaniyanın KfW dövlət inkişaf bankı Pakistanda layihələrə cəlb olunub, ancaq bəzən təhlükəsizlik durumu çəkindirici amilə çevrilir.
Sharif alman şirkətlərinin ölkənin enerji sektoruna böyük maraq göstərdiyini vurğulayıb.