Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:03

Sanksiyalar Rosnefti ciddi ziyana salıb


Rusiyaya qoyulan sanksiyalara görə Rosneftin gəlirləri azalıb


Rusiyanın dövlət nəzarətində olan enerji nəhəngi Rosneft 2014-cü ilin 3-cü rübündə gəlirlərin dramatik azaldığını açıqlayıb. Səbəb Rusiyanın Ukrayna böhranındakı roluna görə Qərbin qoyduğu sanksiyalardır.

Rosneft oktyabrın 29-da bildirib ki, 3-cü rübdə təmiz gəlirləri 99.3 faiz azalıb, 24.4 milyon dollara düşüb.

Sanksiyalardan dolayı Rosneftin Qərb maliyyəsi və texnologiyasına çıxışı kəsilib.

Rosneft rus rublunun dəyərinin düşməsindən də ziyan görüb. Şirkət borclarını ödəmək üçün hökumətdən 45 milyard dollar istəyib. Hökumət bu xahişi yerinə yetirə bilməyəcəyini deyib.

XS
SM
MD
LG