Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 04:49

Putin ad gününü Sibirdə keçirir


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin ad günü işdə olmayacaq və həmin günü Sibir tayqasında keçirəcək. Putinin sözçüsü Dmitry Peskov bunu oktyabrın 6-da jurnalistlərə deyib.

Putinin ad günü oktyabrın 7-dir. Peskov deyib ki, Putin bu gün Sibirə, “sıx məskunlaşmış bir yerin 300-400 kilometrliyinə gedəcək”.

Putinin 62 yaşını Sibirin harasında keçirəcəyi açıqlanmır. Ancaq Peskov onu deyib ki, bu seçimin bir səbəbi oktyabrın 8-də Sibir rəsmiləri ilə planlaşdırılan görüşdür.

Rusiya prezidenti adətən ad günündə işləyir, Peskov onun bu dəfə “dincəlmək” qərarını izah etməyib.

XS
SM
MD
LG