Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:56

Honq Konq rəhbəri etirazçı tələbələrlə danışmaq üçün hökumət təmsilçisi təyin edib


Honq Konq rəhbəri Leung Chun oktyabrın 2-də keçirdiyi mətbuat konfransında etirazçı tələbələrlə danışmaq üçün hökumət təmsilçisi təyin etdiyini bildirib.

Leung Chun-un bu addımının ölkədəki gərginliyi azaldacağı deyilir.

Bəyanat verilən ərəfədə etirazçıların hökumətin onların tələblərinə cavab verməsi ilə bağlı qoyduğu vaxtın başa çatmasına az qalırdı.

Əsasən tələbələr olan etirazçılar Leung-in istefasını, Honq Konqun növbəti lideri seçmək üçün azad seçki keçirməsini tələb edirlər.

XS
SM
MD
LG