Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 14:12

Şotlandiyada səsvermənin yarımçıq nəticələri göstərir ki, “yox” deyənlər öndədir


Şotlandiya, səsvermə

Şotlandiyada regionların yarıdan çoxunun nəticələri sayılıb, Birləşmiş Krallıqdan ayrılmağın əleyhinə olanlar 56%-lə öndədir, 44% müstəqillik istəyir.

Hələlik 32 dairədən 17-nin nəticələri sayılıb. Seçici fəallığı yüksək olub, səsvermə hüququ olanlardan 85%-i müstəqillik referendumunda səs verib.

İlkin nəticələr Asiya bazarlarında Britaniya funtunun dəyərini qaldırıb.

Tarixi səsvermədən öncəki ekzit-pollar da göstərirdi ki, birlik tərəfdarı olanlar 52, əks fikirdəkilər 48 faizdir. Eyni zamanda hər 20 şotlanddan biri hələ də bu sualın cavabını tapmağa çalışırdı: “Şotlandiya müstəqil ölkə olmalıdırmı?”

“Hə” cavabı Şotlandiyanın müstəqilliyinə aparan danışıqların başlanması demək olacaq. 2016-cı il martın 24-dən başlanacaq proses 307 yaşlı Krallığın sonu, bütün dünyada isə separatçılara yol açılması demək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG