Neftlə zəngin, büdcəsi günü-gündən böyüyən və yeri gələndə xarici ölkələrdə tarixi abidələrin bərpasına dəstək olan bir ölkədə 200 illik tarixi abidə. 20 ildir məhv olmaqdadır. Halbu ki, üzərində dövlət tərəfindən qorunduğu yazılıb.
200 yaşlı "Çuxur Hamam"-ı 20 ildir çuxura düşüb.
1
Qubanın mərkəzində yerləşən bu tarixi abidə - hamam el arasında "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır.
2
Üzərində dövlət tərəfindən qorunduğu qeyd olunsa da hamamın halı ürək ağrıdır.
3
Hamamın divarında Hicri-Qəməri tarixi olaraq 1235-ci il qeyd olunub. Həmin tarix isə indini 1435 olaraq göstərir. Divarında həkk olmuş tarixə inansaq hamamın bu il 200 ili tamam olur.
4
Hamam Quba şəhərinin mərkəzində Musəbəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir və son on illiklərə qədər şəhər əhalisinin sıx istifadə etdiyi məkan olub.