Neftlə zəngin, büdcəsi günü-gündən böyüyən və yeri gələndə xarici ölkələrdə tarixi abidələrin bərpasına dəstək olan bir ölkədə 200 illik tarixi abidə. 20 ildir məhv olmaqdadır. Halbu ki, üzərində dövlət tərəfindən qorunduğu yazılıb.
200 yaşlı "Çuxur Hamam"-ı 20 ildir çuxura düşüb.
5
Hamam Quba şəhərinin mərkəzində Musəbəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir və son on illiklərə qədər şəhər əhalisinin sıx istifadə etdiyi məkan olub.
6
Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər.
7
1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılıb, amma bu sadəcə kosmetik xarakterli olub.
8
Bu abidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Hətta ətrafına vaxtilə UNESCO tərəfindən məhəccərlər də inşa edilib. Amma nə fayda?