#Ukrayna da yerə düşən Malayziya təyyarəsi haqda ilkin hesabat yayıldı http://t.co/YOsirqV6Wi
— AzadliqRadiosu (@RadioAzadliq) 9.9.2014
#Ukrayna-nın şərqindəki ən böyük aeroport Donetskdədir. Separatçılar 3-cü aydır onu aıa bilmirlər http://t.co/ZqLAlC88xz
— AzadliqRadiosu (@RadioAzadliq) 9.9.2014
#Poroshenko/ #Ukrayna-nın şərqində əhalinin 90 %-i #ukraine ərazi bütövlüyü tərəfdarıdır... http://t.co/JlM83rdl6W
— AzadliqRadiosu (@RadioAzadliq) 8.9.2014
ƏSİRLƏRİN DƏYİŞDİRİLMƏSİ LƏNGİYİR
Atəşkəsin pozulması haqda tərəflər aşağıdakı məlumatları verirlər.
Separatçıların qərargahından bəyan edirlər ki, Ukrayna könüllülərinin "Aydar" batalyonu Luqansk vilayətinin Krasnıy Partizan şəhərinə hücum edib və "Qrad" atəşi nəticəsində burada 10 nəfər dinc sakin yaralanıb. Bu haqda AzadliqRadiosu Rusiya xidməti xəbər verir.
AzadliqRadiosu Ukrayna xidməti isə Kiyev rəsmilərinə asəsn xəbər verir ki, sentyabrın 8-nə keçən gecə separatçılar 5 dəfə atəşkəs rejimini pozublar. Jdanovka, Zolotoye, Peski və Nijnyaya Krınka kəndləri yaxınlığında Ukrayna təhlükəsizlik qüvvələrinin mövqeləri atəşə tutulub.
Mariupol yaxınlığında atəş səsləri eşidilir. Donetsk vilayəti qubernatorunun müşaviri Konstantin Botozky öz FB səhifəsində yazır ki, separatçıların piyadası tank və BTR-lərin müşayəti ilə Novoazovsk, Sartana və Komintern qəsəbələri istiqamətindən Mariupola hücuma keçiblər. Ukrayna daxili işlər naziri Arsen Avakov Mariupolun müdafiəsinə əlavə ordu qüvvələri gəndərilib. Ukrayna prezidenti Petro Poroshenko da Mariupola səfər edib. "Novosti Donbassa" saytının jurnalisti Mariupoldan AzadlıqRadiosuna deyir ki, şəhərin özündə vəziyyət sakitdir.
- Şəhərin qərb sərhədlərinə Ukrayna ordusu və Milli qvardiya nəzarət edir. Ona görə bu istiqamətdə maşınla gedib-gəlmək olur, hətta avtobuslar işləyir. Prinsipcə, Mariupoldan hətta Donetskə (110 km) avtobus marşruti var, sadəcə olaraq Donetsk yolu nə dərəcədə təhlükəsizdir - bilinmir.
- Şəhərin infrastrukturu işləyirmi?
- Hər şey adi qaydasında işləyir. Bir neçə rayonda arada işıqlar kəsildi, amma deyəsən planlaşdırılmış yoxlama idi. Döyüşlərdən şəhərin infrastrukturuna zərər dəyməyib.
- Şəhər sakinlərinin ovqatı necədir, adamlar nə deyirlər?
- Adamlar normal həyat sürməyə çalışırlar. Hər halda təlaş hiss olunmur. Bazar günləri bankomatlara növbə var idi. Əhalinin kütləvi şəkildə şəhəri tərk etməsi yoxdur. Sentyabrın 21 Mariupolda şəhər günüdür, adamlar onu qeyd etməyə hazırlaşır, şəhərin mərkəzi Ukrayna bayraqları ilə bəzədilir.
Atəşkəs protokoluna riayyətə 3 tərəfli (Ukrayna-Rusiya-ATƏT) əlaqə qrupu nəzarət edir. Ukrayna hərbçiləri şikayət edilər ki, Rusiya hərbçiləri Ukrayna hərbi paltarı geyib separatçılara atəş açırlar. Bu haqda sentyabrın 8-də Ukrayna Milli müdafiə şurasının mətbuat katibi Andrey Lysenko jurnaslitlərə bildirib.
Rəsmi Kiyevin başqa nümayəndəsi, ölkənin şərqində gedən hərbi əməliyyatlara rəhbərlik edən qərargahın nümayəndəsi isə bəyan edib ki, separatçılar havaya atəş açmaqla Ukrayna hərbçilərini atəşkəsi pozmağa təhrik edilər.
Öz növbəsində Ukrayna hərbçilərini ittiham edən separatçıların nümayəndəsi Leonid Baranov bəyan edib ki, Kiyev əsirlikdə olan tanınmamış Donetsk xalq respublikasının tərəfdarlarının siyashını onlara açıqlamaqdan imtina edir. Məhz buna görə də, Donetskdə saxlanılan 1000-ə yaxın Ukrayna hərbçisi əsirlikdən buraxılmır.
Baranovun sözlərinə görə, onlar ehtiyyat edilər ki, Ukrayna əsirlərini buraxsalar Kiyev əvəzində onların əlində olan 200-300 nəfəri azad etməyəcək və əlavə edir ki, Ukrayna hərbçiləri ancaq əks tərəfdəki əsirlərin siyashısı dəqiqləşəndən sonra azad olunacaqlar.