Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:42

Ukrayna böhranı (7-8 sentyabr)

Ukraynanın şərqində atəşkəs əldə olunandan sonra, həftəsonu Donetsk və Mariupol şəhərləri yaxınlığında döyüşlər qeydə alınıb.

ƏVVƏLKİ GÜNLƏRİN XRONİKASINI BURADA OXU

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

- Dekabrın 5-də Minskdə Ukrayna və Donbass separatçılarının nümayəndələri atəşkəs razılığı əldə edibər. ATƏT-in Ukraynanın şərqində olan müşahidəçiləri cəbhə bölgəsində əsasən sakitlik yarandığını təsdiq edir, lakin...

- ...lakin Mariupol şəhəri və Donetsk aeroportu ətrafında atəşkəsdən sonra da döyüşlərin getdiyi haqda xəbər gəlir. Tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edirlər.

- Əsirlərin dəyişdirilməsi prosesi başlayıb. Donetsk separatçıları 15 Ukrayna əsgərini əsirlikdən azad ediblər. 800-ə yaxın girovun hələ də onların əlində olduğu bildirlir.

- Qərb və Ukrayna siyasətçiləri ilə, Moskva arasındakı ritorika davam edir. NATO və Qərb ölkələri Moskvanı münaqişəni "yemləməkdə", Moskva isə Qərbi Rusiyanın maraqlarını tapdamaqda ittiham edilər. Tərərflər bir-birini sanksiyalarla da hədələyirlər.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

15:18 8.9.2014

Mariupol atəşkəs sonrası güclü artilleriya atəşininin səhəri

Mariupol atəşkəs sonrası güclü artilleriya atəşininin səhəri
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Sentyabrın 5-də Ukraynanın şərqində elan olunan atəşkəs razılaşması əsasən gözlənillsə də, Azov sahilindəki Mariupol liman-şəhərinin ətrafı Rusiyameylli qüvvələr tərəfindən güclü atəşə tutulub. Burada müdafiə mövqeləri tutan Ukrayna silahlı qüvvələri şəhərə hücumun qarşısını almağa hazırlaşır. AzadliqRadiosunun müxbiri xəbər verir ki, şəhərdə hər şey öz axarı ilə gedir, açıq dükanlarda alver gedir. Atəşkəsin pozulduğu başqa bir xəbər Donetskdən gəlib. Burada, aeroport uğrunda döyüşlərin yenidən bərpa olunduğu bildirilir.

15:44 8.9.2014

DÖYÜŞLƏR HAQDA UKRAYNA RƏSMİLƏRİNİN MƏLUMATI

Ukraine -- ENGLISH Map: The situation in a combat zone at Donbas, 08Sep2014
Ukraine -- ENGLISH Map: The situation in a combat zone at Donbas, 08Sep2014

Ukrayna Milli təhlükəsilik şurasının dərc etdiyi gündəlik xəritələr bəzən cəbhə bölgəsindən müxbirlərin və şahidlərin dedikləri üst-üstə düşməsə də, ümumi mənzərə bir qayda olaraq öz dəqiq əksini tapır. Sentyabrın 8-də yayılan xəritdən görününür ki, Mariupol şəhərindən şimal-cənubda, Donetsk ətrafında, habelə Luqansk vilayətinin bir sıra yaşayış məntəqələrində silahlı toqquşmalar baş verib.

15:51 8.9.2014

MİNSK QRUPU 2?

Sabiq Ukrayna prezidenti Leonid Kuchma, separatçı "Donetsk xalq respublikası" nümayəndəsi,ster Aleksandr Zakharchenko, ATƏT nemayəndəsi Heidi Tagliavini və Rusiyanın Ukrayndakı səfiri Mikhail Zurabov
Sabiq Ukrayna prezidenti Leonid Kuchma, separatçı "Donetsk xalq respublikası" nümayəndəsi,ster Aleksandr Zakharchenko, ATƏT nemayəndəsi Heidi Tagliavini və Rusiyanın Ukrayndakı səfiri Mikhail Zurabov


AzadliqRadiosunun şərhçisi Dağlıq Qarabağ və Donbass münaqişələri arasında paralellər apararaq yazır ki, imzalandığı məkan (Minsk) kimi, Ukrayna rəsmiləri ilə Donbass separatçılarının əldə etdiyi atəşkəs sazişinin aqibəti də Qarabağ problemi ilə eyni ola bilər. Ətraflı burada oxu

Davamı

XS
SM
MD
LG