Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 22:38

Mariupolda, Donetskdə atəşkəs pozulur


Mariupol gecə partlayışları
Mariupol gecə partlayışları

Atəşkəsin pozulması ilə Mariupolda bir qadın həlak olub. Bunu Frans Pressin məlumatına görə, şəhər rəhbərliyi bildirir.

Şəhər rəhbərliyinin bəyanatında deyilir ki, gecə şəhər ətrafında güclü atışma olub, rusiyapərəst yaraqlıların atəşi ilə 1 nəfər ölüb, 3 nəfər də yaralanıb.

DPA agentliyi yerli mediaya istinadla yazır ki, həmin şəxslər maşında gedərkən, artilleriya atəşi altına düşüblər və qəlpələr maşına dəyib.

Könüllü Azov Batalyonu Facebook-da bildirib ki, onların mövqelərinə rusiyapərəst yaraqlılar Grad raketlərindən atəş açılıb. Ancaq detallar açıqlanmayıb.

DPA-nın məlumatına görə, separatçılar da öz növbəsində hökumət qoşunlarını günahlandırır ki, onlar Qrad atəşi ilə atəşkəsi pozurlar.

Mariupol hökumət qoşunlarının nəzarətindədir. Atəşkəs ərəfəsi rusiyapərəst yaraqlılar şəhərə hücum edirdi.

Associated Press agentliyinin məlumatına görə, Mariupolda atəşkəs ciddi pozulub.

Şahidlər Associated Press Agentliyinə deyiblər ki. şəhərin ətrafında güclü partlayışlar olub.

BBC-nin məlumatına görə isə, artilleriya atəşini hər iki tərəf – həm hökumət qoşunları, həm də rusiyapərəst yaraqlılar açır.

Sentyabrın 7-də Donetsk ətrafında da mütəmadi atəş səsləri eşidilir. İki günlük atəşkəsin pozulacağı narahatlığı var.

Atəş səsləri Donetsk hava limanı ərazisindən gəlir.

Hava limanı hökumət qoşunlarının əlindədir, ancaq bu ərazi rusiyapərəst yaraqlıların hücumu altındadır.

Beynəlxalıq Qızıl Xaç təşkilatı sentyabrın 6-da Twitterdə bildirirdi ki, onun işçiləri Luhanska ərzaq yardımı çatdırmağa cəhd ediblər, ancaq şəhərin şimal-şərqində atəşə məruz qaldıqlarına görə, geri qayıdıblar.

12 bənddən ibarət atəşkəs razılaşması Ukrayna hakimiyyəti ilə yaraqlı liderlər arasında sentyabrın 5-də əldə olunub.

DPA-nın məlumatına görə, hazırda bu atəşkəs rejimi çox kövrəkdir.

Ukrayna prezidenti Petro Poroshenkonun ofisi sentyabrın 6-da bildirib ki, Poroshenko rusiyalı həmkarı Vladimir Putinlə “atəşkəsə sabit xarakter vermək” üçün addımları müzakirə ediblər.

Ukraine – UKRAINIAN Map: The situation in a combat zone at Donbas, 07Sep 2014
Ukraine – UKRAINIAN Map: The situation in a combat zone at Donbas, 07Sep 2014

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG