Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:10

Ukrayna böhranı (7-8 sentyabr)

Ukraynanın şərqində atəşkəs əldə olunandan sonra, həftəsonu Donetsk və Mariupol şəhərləri yaxınlığında döyüşlər qeydə alınıb.

ƏVVƏLKİ GÜNLƏRİN XRONİKASINI BURADA OXU

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

- Dekabrın 5-də Minskdə Ukrayna və Donbass separatçılarının nümayəndələri atəşkəs razılığı əldə edibər. ATƏT-in Ukraynanın şərqində olan müşahidəçiləri cəbhə bölgəsində əsasən sakitlik yarandığını təsdiq edir, lakin...

- ...lakin Mariupol şəhəri və Donetsk aeroportu ətrafında atəşkəsdən sonra da döyüşlərin getdiyi haqda xəbər gəlir. Tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edirlər.

- Əsirlərin dəyişdirilməsi prosesi başlayıb. Donetsk separatçıları 15 Ukrayna əsgərini əsirlikdən azad ediblər. 800-ə yaxın girovun hələ də onların əlində olduğu bildirlir.

- Qərb və Ukrayna siyasətçiləri ilə, Moskva arasındakı ritorika davam edir. NATO və Qərb ölkələri Moskvanı münaqişəni "yemləməkdə", Moskva isə Qərbi Rusiyanın maraqlarını tapdamaqda ittiham edilər. Tərərflər bir-birini sanksiyalarla da hədələyirlər.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

18:19 8.9.2014

AzadliqRadiosunun son Ukrayna xəbərləri


Poroshenko Mariupola səfər edir

Separatçılar Kiyevi əsir dəyişdirmək razılığını pozmaqda ittiham edirlər

Avropa Birliyinin sanksiyalar siyahısına Qazprom, Rostneft və Transneft də əlavə olunub

15:51 8.9.2014

MİNSK QRUPU 2?

Sabiq Ukrayna prezidenti Leonid Kuchma, separatçı "Donetsk xalq respublikası" nümayəndəsi,ster Aleksandr Zakharchenko, ATƏT nemayəndəsi Heidi Tagliavini və Rusiyanın Ukrayndakı səfiri Mikhail Zurabov
Sabiq Ukrayna prezidenti Leonid Kuchma, separatçı "Donetsk xalq respublikası" nümayəndəsi,ster Aleksandr Zakharchenko, ATƏT nemayəndəsi Heidi Tagliavini və Rusiyanın Ukrayndakı səfiri Mikhail Zurabov


AzadliqRadiosunun şərhçisi Dağlıq Qarabağ və Donbass münaqişələri arasında paralellər apararaq yazır ki, imzalandığı məkan (Minsk) kimi, Ukrayna rəsmiləri ilə Donbass separatçılarının əldə etdiyi atəşkəs sazişinin aqibəti də Qarabağ problemi ilə eyni ola bilər. Ətraflı burada oxu

15:44 8.9.2014

DÖYÜŞLƏR HAQDA UKRAYNA RƏSMİLƏRİNİN MƏLUMATI

Ukraine -- ENGLISH Map: The situation in a combat zone at Donbas, 08Sep2014
Ukraine -- ENGLISH Map: The situation in a combat zone at Donbas, 08Sep2014

Ukrayna Milli təhlükəsilik şurasının dərc etdiyi gündəlik xəritələr bəzən cəbhə bölgəsindən müxbirlərin və şahidlərin dedikləri üst-üstə düşməsə də, ümumi mənzərə bir qayda olaraq öz dəqiq əksini tapır. Sentyabrın 8-də yayılan xəritdən görününür ki, Mariupol şəhərindən şimal-cənubda, Donetsk ətrafında, habelə Luqansk vilayətinin bir sıra yaşayış məntəqələrində silahlı toqquşmalar baş verib.

Davamı

XS
SM
MD
LG