Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:49

İranda azərbaycanlılara qarşı repressiyalar davam edir


«Güney Azərbaycan Milli Hərəkatı» beynəlxalq forumu dünya azərbaycanlılarına bəyanat ünvanlayıb
«Güney Azərbaycan Milli Hərəkatı» beynəlxalq forumu dünya azərbaycanlılarına bəyanat ünvanlayıb

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun təşəbbüsü ilə «Güney Azərbaycan Milli Hərəkatı» beynəlxalq forumu keçirildi. Etibar Məmmədov bildirir ki, forumun indiki məqamda keçirilməsi İranda azərbaycanlıların hüquqlarının kəskin pozulması və həmin hüquqlar uğrunda mübarizənin yeni mərhələsiylə bağlıdır. Etibar Məmmədov deyir ki, İranda azərbaycanlıların mədəni-mənəvi hüquqları pozulur, onlara ana dilində oxumaq imkanı verilmir. Buna misal kimi etiraz aksiyalarını göstərir. Onun fikrincə, bu etirazlar təkcə «İran» qəzetində çıxan karikaturaya qarşı yönələn adi nümayiş yox, milli, mədəni, demokratik hüquqlarının pozulmasıyla barışmayan azərbaycanlıların milli oyanışının göstəricisidir: «Mənim fikrimcə, milli hissin yüksəlməsi milli oyanışın artıq başa çatması və milli hərəkatın milli azadlıq mərhələsinə qalxması kimi qiymətləndirilməlidir. Bu hərəkatın bugünkü mərhələsi bizim millət olaraq təqib olunmağımızın hüquqlarımızın əlimizdən alınması prosesinin uzunmüddətli nəticəsidir».


«Milli siyasi fəallara qarşı pantürkizmi yaymaq, xarici qüvvələrlə hakimiyyət əleyhinə təbliğat aparmaqla bağlı ittihamlar irəli sürülür. İşgəncələr həm həbsdə olarkən, həm də buraxılandan sonra davam edir. İşgəncə verəndə adamlara deyirlər ki, «İsrailə nə vaxt getmişdin», «ABŞ nümayəndəsi ilə nə vaxt görüşmüşdün». Həbs edilənlər deyirlər ki, bunlardan xəbərimiz yoxdur, biz ancaq öz ana dilimizdə danışmaq üçün konstitusiyada göstərilən qaydada hüquqlarımızı tələb etmişik».
Etibar Məmmədov onu da əlavə edir ki, İranda yaşayan azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsini beynəlxalq ictimaiyyət də müdafiə eləməlidir. İran azərbaycanlılarından olan, Güney Azərbaycan adlı Strateji Araşdırmalar Mərkəzinin eksperti Sadiq İsabəyli isə bildirir ki, İranda bir neçə ay əvvəl baş verən etiraz aksiyalarından sonra mitinq iştirakçılarına qarşı olan repressiyalar davam etməkdədir: «Milli siyasi fəallara qarşı pantürkizmi yaymaq, xarici qüvvələrlə hakimiyyət əleyhinə təbliğat aparmaqla bağlı ittihamlar irəli sürülür. İşgəncələr həm həbsdə olarkən, həm də buraxılandan sonra davam edir. İşgəncə verəndə adamlara deyirlər ki, «İsrailə nə vaxt getmişdin», «ABŞ nümayəndəsi ilə nə vaxt görüşmüşdün». Həbs edilənlər deyirlər ki, bunlardan xəbərimiz yoxdur, biz ancaq öz ana dilimizdə danışmaq üçün konstitusiyada göstərilən qaydada hüquqlarımızı tələb etmişik».


Azərbaycan hökumətinin baş verənlərə münasibətinə gəldikdə, həmin forumda bir neçə millət vəkili iştirak etsə də, dəvət olunan hökumət nümayəndələri tədbirə qatılmamışdı. Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı deyir ki, belə forumlar İran-Azərbaycan münasibətlərinə xələl gətirməməlidir: «İran Azərbaycanın qonşusudur. İranda gedən hadisələrə qarışmaq, nəticə etibarı ilə həmin ölkənin daxili işinə qarışmaq olar». Cənab Qurbanlı hesab edir ki, İran azərbaycanlılarının problemlərini İran dövləti həll etməlidir.


İranın Bakıdakı səfirliyinin birinci katibi Mustafa Məşhədi isə keçirilən bu cür forumları ciddi qarşılamadıqlarını deyir. Onun fikrincə, İranda yaşayan azərbaycanlıların hüquqları təmin olunur, bu cür tədbirlər İran-Azərbaycan münasibətlərinin inkişafına mane ola bilməz.


«Mənə belə gəlir ki, bu cür çıxışlar İrandakı azərbaycanlıları təhqir etmək deməkdir. Orada azərbaycanlılar qeyrətli və güclüdürlər, bu cür fikirlərə də ehtiyacları yoxdur. Bu həm də İranın daxili işlərinə qarışmaq deməkdir. O adamlar ki, burdakı parlament seçkilərində bir faiz səs yığa bilmirlər, ancaq İranın işlərinə qarışırlar. Belə tədbirlər çox olub, nəticəsi də yoxdur. Bizim ölkələrimiz isə bir-birinə get-getə daha çox yaxınlaşacaq».


Sözügedən forumun iştirakçıları dünya azərbaycanlılarına ünvanlanan bəyanat da qəbul ediblər. Bəyanat müəllifləri bildirirlər ki, beynəlxalq təşkilatlar İranda azərbaycanlıların hüquqlarının pozulmasına siyasi-hüquqi qiymət verməlidirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG