Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

«İran» qəzetinin yenidən açılmasına qərar verildi


Təbrizdə «İran» qəzetindəki karikaturaya qarşı etiraz aksiyası, mat 2006
Təbrizdə «İran» qəzetindəki karikaturaya qarşı etiraz aksiyası, mat 2006
Sentyabrın 9-da yayılan rəsmi xəbərlərə əsasən, İran məhkəməsi dövlət orqanı sayılan «İran» qəzetinin yenidən fəaliyyətə başlamasına hökm verib.

«İran» qəzeti mayın 12-də azərbaycanlıları təhqir edən karikatura dərc etməklə İran Azərbaycanının bütün şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Günlərlə davam edən bu aksiyalar bir çox insanın ölümü və yüzlərlə fəalın tutulması ilə nəticələnib.


Bu aksiyalardan bir həftə sonra – mayın 23-də Mətbuata Nəzarət Komissiyası növbədənkənar iclas keçirərək «İran» qəzetinin müvəqqəti bağlanması və bu haqda cinayət işi qaldırılmasına qərar verib.


Avqustun 12-də Tehranın cəza məhkəməsi qəzetin məsul katibi Qulamhüseyn İslamifərə qarşı bütün ittihamları əsassız sayaraq, onu məsuliyyətdən azad edib.


Karikatura qalmaqalının ən əsas səbəbkarları – karikaturanın rəssamı Mana Nistani və «İran» qəzetinin baş redaktoru Mehrdad Qasımfərin məhkəməsi qabaqcadan sentyabrın 7-nə təyin edilsə də, indiyədək baş tutmayıb. Səbəblər barədə məlumat verilmir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG