Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:01

«Amnesty International» İrandakı daha bir Azərbaycanlı dustaq haqqında rəsmi bəyanat verib


İnsan hüquqları müdafiəçisi Rıza Abbasi iyunun 27-dən bəri Zəncan şəhərində həbsdə saxlanılır
İnsan hüquqları müdafiəçisi Rıza Abbasi iyunun 27-dən bəri Zəncan şəhərində həbsdə saxlanılır

«Amnesty International»ın sentyabrın 12-də verdiyi bəyanatda bildirilir ki, insan hüquqları müdafiəçisi Rıza Abbasi iyunun 27-dən bəri Zəncan şəhərində həbsdə saxlanılır. Onun işgəncə və başqa təzyiqlərə məruz qaldığı, məhkəmə prosesinin beynəlxalq qanunlarına zidd olduğu bildirilir.


Bəyanatda qeyd edilir ki, Abbasi yalnız dinc yolla öz fikrini bəyan etdiyinə və insan hüquqları uğrunda mübarizə apardığına görə həbs edilibsə, onu vicdan dustağı kimi təqdim etmək lazımdır.


Təşkilatın verdiyi məlumata əsasən, Rıza Abbasi «Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi» (http://asmek.blogfa.com) və İranda insan hüquqları və demokratiyanı müdafiə edən «Ədvar-e Təhkim-e Vəhdət»in (www.advarnews.com) və tələbə təşkilatının fəal üzvlərindən biri olub. Verilən məlumata əsasən o, İran İslam Respublikasının təhlükəsizlik nazirliyinin təftiş üçün çağırışlarını rədd etdikdən sonra iyunun 27-də həbs edilib. Onun Zəncan şəhərinin mərkəzi həbsxanasında saxlandığı bildirilir. Təhlükəsizlik Nazirliyinin Zəncan şöbəsi Rıza Abbasinin yaşlı valideynləri də daxil olmaqla ailə üzvlərini davamlı olaraq təhdid edir və onlara hədə qorxu gəlir.


«Amnesty International» azərbaycanlı fəalının sentyabrın 5-də Zəncandakı İnqilab məhkəməsinə aparıldığı və orada müdafiə vəkili olmadan, ailə üzvlərindən xəbərsiz gizli şəkildə mühakimə edildiyi haqda məlumat verir. Daha sonra Rıza Abbasi sentyabrın 11-də yenidən həmin məhkəməyə aparılıb, acaq bu dəfə ona vəkildən istifadə etmək icazəsi verilib. Vəkilinin verdiyi məlumata görə müttəhimə müxtəlif insan hüquqları və tələbə təşkilatlarındakı fəaliyyəti barədə suallar verilib. Ona qarşı irəli sürülən ittihamlar isə İran İslam Respublikasının rəhbərini təhqir etmək və sistemə qarşı təbliğat aparmaqdan ibarətdir. Məhkəmənin qərarı bir həftədən sonra aydın olmalıdır.


«Amnesty International» İranın ali dini rəhbəri və prezidenti də başda olmaqla məsul dövlət adamlarına unvanladığı bəyanatda Rıza Abbasinin yalnız insan haqları uğrunda apardığı fəaliyyətlərə görə həbs edildiyi bildirilir. Beynəlxalq insan hüquqları təşkilatı İran rəsmilərini məhbusa işgəncələr verilməsini dayandırmağa, işə ədalətlə baxmağa çağırıb.


Rıza Abbasiyə qarşı irəli sürülən ittihamların aşkara çıxarılmasını tələb edən


İnsan Hüquqları təşkilatı eyni zamanda məhbusun ailəsinə qarşı təhdidlərə son qoyulmasını istəyib.


XS
SM
MD
LG