Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 09:17

Krım tatar icmasının aparıcı üzvünə beş illik giriş qadağası


Sergei Aksyonov

Rusiya Krımın tatar icmasının aparıcı üzvünü beş il ərzində yarımadaya girişinə qadağa qoyub.

Krımın Moskvanın dəstəklədiyi lideri Sergei Aksyonov iyulun 7-də jurnalistlərə deyib ki, Krım tatarlarının özünüidarəedici orqanı, Məclisin sədri Refat Chubarov «etniklər arası nifrəti qızışdırdığına» görə onun «Rusiya ərazisinə» girməsi qadağan olunub.

Rusiya Krımı martda anneksiya edib. Beynəlxalq ictimaiyyət bunu qanunsuz adlandırıb.

İyulun 5-də Chubarovun Krıma girməsinə icazə verilməyib, ona 2019-cu ilədək Rusiya ərazisinə girməsini qadağan edən sənəd təqdim edilib.

Chubarov bunu «hazırda Krımda baş verən böyük ədalətsizliyin kiçik bir hissəsi» adlandırıb.

Rusiya hakimiyyəti mayda Krım tatarlarının lideri Mustafa Dzhemilev-in regiona daxil olmasını yasaqlayıb.

XS
SM
MD
LG