Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 23:46

Ukrayna, Gürcüstan və Moldova Qərbə yaxınlaşır


İyunun 27-də Ukrayna, Gürcüstan və Moldova Brüsseldə Avropa Birliyi ilə əsas sazişləri imzalamaqla Qərbə doğru böyük bir addım atacaq, Moskvadan uzaqlaşacaq.

Ukrayna AB ilə daha yaxın iqtisadi əlaqələrə dair saziş imzalayacaq. Moldova və Gürcüstanın imzalayacağı sənədlər isə AB ilə daha sıx siyasi münasibətləri hədəfləyir.

Ötən noyabrda Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in sazişləri imzalamaqdan imtinası Avromaydan etirazlarını doğurdu və o, tutduğu postdan getməli oldu. Rusiya Krımı anneksiya edəndən sonra martda AB və Kiyev siyasi saziş imzaladılar.

Brüssel Kişinyov və Tbilisi ilə siyasi və ticarət paktlarını bu ilin sonunda imzalamağı planlaşdırırdı, ancaq Moskvanın prosesi əngəlləcəyindən çəkinib tarixi önə çəkdi.

Bu sazişlər 3 ölkəyə AB-nin 500 milyonluq istehlakçı bazarına məhdudiyyətsiz çıxış imkanı yaradacaq.

XS
SM
MD
LG