Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 11:34

HRW kürdlərin Suriyada törətdiyi pozuntulardan danışır


Arxiv foto

Human Rights Watch deyir ki, Suriyanın şimalında bəzi hissələrdə kürdlər qanunsuz həbslər həyata keçirib, siyasi opponentlərin qətli və yoxa çıxması araşdırılmayıb.

Suriya ordusu 2012-ci ildə həmin ərazilərdən çıxdıqdan sonra kürd anklavları Demokratik Birlik Partiyası (DBP) tərəfindən idarə olunur.

Human Rights Watch bildirir ki, uşaqlar partiyanın polis qüvvəsi və silahlı qanadına cəlb olunur.

Kürd müxalifətçiləri ədalətsiz məhkəmələrdə mühakimə olunub, məhkumlarla pis rəftar olunub.

Qurum 2011-ci ildən ölkədə Suriya hökuməti və digər müxalifət döyüşçülərinin yol verdiyi insan haqları pozuntuları barədə də yazır. Həmin hərəkətlərdən bəziləri müharibə və bəşəriyyət əleyhinə cinayət sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG