Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:45

SSRİ-ni dağıdan Shushkevich: "SSRİ təzədən qayıdır" -Mətbuat icmalı


Belarus -- Oswald in Minsk: Stanislau Shushkevich screen grab, October 29, 2013.
Belarus -- Oswald in Minsk: Stanislau Shushkevich screen grab, October 29, 2013.
Obama Putinlə bacarmaq üçün 40-cı ABŞ prezidenti Reagandan öyrənməlidir.

Vaxtilə Türkiyə deyirdi ki, İran qazı Azərbaycan və Rusiya qazından bahadır, indi İran qiyməti salır.

SSRİ-ni dağıdan Shushkevich deyir ki, SSRi qaydaları qayıdır.

Dünya mediası bu gün nədən yazır?


OBAMAYA REAGAN DƏRSİ

“Putinlə bacarmaq üçün Obamaya Reagan dərsləri”. Wall Street Journal qəzetinin məqaləsi belə adlanır.

Qəzet yazır ki, bu ay 40-cı ABŞ prezidenti Ronald Reagan-ın (Reyqan) vəfatının 10 iliyidir. Bu keçən vaxtda xeyli sənədlər açılıb və Reaganın SSRİ-yə qarşı mübarizəsinin detalları aydın olur.

Qəzet hesab edir ki, Reaganın etdiklərini öyrənmək Obamaya faydalı olardı.
Birinci dərs odur ki, Reaganın uzunmüddətli strategiyası vardı. Hələ 1980-ci ildə Reagan prezidentliyə respublikaçılardan iddiaçı olmaq istəyəndə onun məsləhətçisi soruşub ki, “Ron, axı siz niyə prezident olmaq istəyirsiniz?” Reagan cavab verib ki, “Soyuq Müharibəyə son qoymaq istəyirəm”. Bir neçə il əvvəl bu fikri o, daha aydın ifadə etmişdi: “Biz qalib gələcəyik, onlar, (yəni SSRİ) uduzacaq”.

Wall Street Journal yazır ki, Reagan SSRİ tərəfdən daha çox çətinliklıə üzləşirdi, nəinki indi Obama Rusiya tərəfdən. Hazırki Rusiya ordusu o vaxtki SSRİ ordusunun 4-də 1-dir. Rusiya ordusunun nüvə gücü Sovet Ordusunun nüvə gücünün 5-də 1-dir. Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı boydadır.

Rusiyada insanları birləşdirə bilən bir ideya yoxdur. Putin, faktiki olaraq, əlində elə bir vasitə olmadan işləyir.

Qəzet yazır ki, Reagan “güc vasitəsilə sülh” doktrinasını yeridirdi. O həmçinin “ideyalar müharibəsinə” başladı. Məqsəd Sovet sisteminin legitimliyini laxlatmaq idi. Reaganın SSRİ-yə dediyi “İblis imperiyası” da bu ideoloji müharibənin tərkib hissəsi idi.

Qəzet onu da xatırladır ki, Reagan həmişə haqlı mövqedə olmağa çalışırdı. 1986-cı ildə Reykyavikdə SSRİ lideri Qorbachevla danışıqlarda Reagan möhkəm dayanmışdı, güzəştə getmirdi, çünki o, elə edirdi ki, həmişə haqlı mövqedə olurdu.

İRAN ÖZ QAZINI UCUZLAŞDIRIR

İran prezidenti Hassan Rouhani Türkiyəyə səfərində Türkiyə prezidenti Abdulla Gullə danışıqlardan sonra deyib ki, iki ölkə arasında ticarəti ildə 30 milyard dollara çatdırmaq razılığına gəliblər.

Wall Street Journal qəzeti yazır ki, iki ölkənin ticarətini artırmağa xeyli imkan var.
Türkiyənin İrana ixracı 2012-ci ildə 4,2 milyard dollar olub. Müqayisə üçün, həmin il Türkiyənin Almaniyaya ixracı 13,7, İraqa 11,9, Britaniyaya 8,8, Rusiyaya 7, İtaliyaya 6,7 , Fransaya 6,4, ABŞ-a 5,6 , BƏƏ-nə 5, İspaniyaya 4,3 milyard dollar olub.

Qəzet yazır ki, 2012-ci ildə ABŞ-ın İrana qarşı sanksiyalarında boşluqdan istifadə edən Türkiyə qızıl verib, İran qazı aldı. Bu əməliyyatı da nəzərə alanda 2012-ci ildə İranla Türkiyənin alveri 22 milyard dollara çatır.

Rouhaninin indiki səfərində də İran qazı müzakirə olunub. Rouhani deyib ki, prezidentlər İran qazının qiymətini aşağı salmağı müzakirə ediblər. Ankara hələ 1996-cı ildə demişdi ki, İran qazı Azərbaycan və Rusiya qazı ilə müqayisədə çox bahadır.

İndi isə Türkiyənin baş naziri Erdogan bildirib ki, o, razılşamanın tezliklə əldə olunacağına ümid edir və nəticədə Türkiyə istehlakçıları daha çox İran qazı ala biləcək.

SSRİ QAYDALARI QAYIDIR

Vaxtilə SSRİ-nin dağılmağında böyük rol oynamış, 1991-ci ildə Rusiya lideri Boris Yeltsin, Ukrayna lideri Leonid Kravchukla birlikdıə SSRİ-nin ləğvi müqaviləsinə imza atan Stanislav Shushkevich deyir ki, “biz o vaxt öz işimizi gördük”. Ancaq indi ”Sovet qaydaları bərpa olunur.” “Sövet dövrü qayıdır”.

“Ukraynaya baxın. Burda indi baş verənlər 1990-cı ildə Baltik respublkalarında qayda-qanunu xüsusi xidmətlərin köməyi ilə bərpa etmək cəhdinə oxşayır. “

Belarus , ümiyyətlə, SSRİ kimidir. Kolxozlar və s. SSR-dəki kimi işləyir”.

Guardian qəzetinin müxbiri ilə Minskdə söhbət edən 79 yaşlı keçmiş fizika professoru Shushkevich deyir ki, “1994-cü il seçkilərini Lukashenko doğrudan da uddu, çünki populist idi. Ancaq ondan sonra seçki olmayıb, indi təyinatdr. Seçki proseini KQB nəzarətə götürüb.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG