Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:45

Hacıbala Abutalıbov sərəncam verdi: Bakıda qeyri-qanuni duracaqlar yığışdırılır


Foto: Arxiv
Foto: Arxiv
-
Bakıda qanunsuz parklanma yerləri ləğv olunur. Bundan sonra Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklarda və metroların qarşısında avtomobil saxlayanlara qarşı tədbir görüləcək.

Bakı şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosuna verilən məlumata görə, bu barədə Hacıbala Abutalıbov aprelin 16-da sərəncam imzalayıb.

«Bakıda avtodayanacaqların təşkili haqqında» sərəncamda Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsinin Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu bildirilir.

Bu sərəncamla paytaxtın küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilir.

PREZİDENTİN İSTƏYİ İLƏ...

İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanovanın AzadlıqRadiosuna dediyinə görə, belə bir sərəncam prezidentin son müşavirəsindən səsləndirdiyi iradların aradan qaldırılmasına hesablanıb.

Sənəddə İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırır ki, Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakıda avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti duracaqlar yaradılmasını təşkil etsin.

Aprelin 13-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev paytaxtda avtomobillərin park edilməsi qaydalarına narazılığını bildirib. O deyib ki, inkişaf etmiş ölkələrin heç bir şəhərində küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil.

«Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək» - deyə prezident müşavirədə bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG