Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:53

Gəncədə tramvay olacaq...


Gəncədə tramvayın rəngi göy olacaq
Gəncədə tramvayın rəngi göy olacaq
-
Noyabrın 20-də Gəncə şəhər İcra Hakimiyyəti ilə bu şəhərdə tramvay yolunu inşa edəcək Fransanın «Newtl» şirkəti arasında memorandum imzalanıb. Daha sonra layihənin təqdimatı olub.

Şirkətin region üzrə kommersiya direktoru Anna Samsonova-nın dediyinə görə, Gəncədə hərəkət edəcək tramvayın rəngi göy olacaq, üzərini tarixi və milli ornamentlər bəzəyəcək.

Tramvayın ümumi uzunluğu 25, eni 2.2 metr, ağırlığı isə 23 tondur. Tramvay rezin örtüklü təkərlərlə rels üzərində saatda 70 kilometrlik sürətlə səssiz hərəkət edəcək.

İlk olaraq Gəncənin Dəmiryol Stansiyasından Təcili Tibbi Yardım Xəstəxanasına kimi yol inşa ediləcək. Bu marşrut boyu 12 dayanacaq quraşdırılacaq və hər dayanacaqda hərəkətin vaxtını göstərəcək lövhələr vurulacaq.

Tramvay xətti ilə paralel velosiped yolu da çəkiləcək.

Gəncədə ilk tramvay yolu 1923-cü ildə çəkilib. Ötən əsrin 80-ci illərin ortalarında bu nəqliyyat vasitəsi şəhərdə ləğv edilib.

XS
SM
MD
LG