Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 19:46
-
ATƏT Ukraynaya 6 ay müddətində 500-ə yaxın mülki müşahidəçi göndərmək qərarına gəlib.

Vyanadakı toplantıda ATƏT-ə üzv ölkələr o cümlədən Rusiya bu barədə razılığa gəliblər.

Əvvəl Rusiya qurumun Ukraynaya müşahidəçilər göndərməsinə qarşı çıxıb.

Müşahidəçilərə təqdim olunacaq mandat onlara Rusiyanın işğal etdiyi Krıma getməyə icazə vermir.

Müşahidəçilər Xerson, Odessa, Lvov, İvano-Frankovsk, Xarkov, Donetsk, Dnepropetrovsk, Çernovsk və Luqanskda yerləşdiriləcək.

İlkin mərhələdə müşahidəçilərin sayının 100 nəfər olacağı, hadisələrin inkişafından asılı olaraq isə 500 nəfərə çatdırılacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG