Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 23:20

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb


24 yanvar 2014-cü il Paris görüşündən foto
-
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib.

APA-nın məlumatına görə, görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, Igor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspshik iştirak ediblər.

Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə də görüşəcəklər.

Multimedia

XS
SM
MD
LG