Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 19:45

Ərəb dənizində 42 miqrant boğulub


-
Bazar günü Yəmənin cənub sahilində, Ərəb dənizində azı 42 afrikalı miqrant boğulub. Yəmənin Müdafiə Nazirliyinin məlumatına görə, miqrantların qayığı Bir Ali şəhəri yaxınlığında çevrilib. Donanma patrulu azı 30 nəfəri xilas edə bilib. Onlar qaçqın şəhərciyinə aparılıb.

Xüsusilə Efiopiya və Somalidən olan afrikalı miqrantlar adətən Yəmənə çatmaq üçün təhlükəli qayıqlardan istifadə edirlər.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ötən il dənizdə 7 min miqrant həlak olub.
XS
SM
MD
LG