Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 17:32

İranın nüvə danışıqları davam edəcək


-
İran və dünya gücləri arasında nüvə danışıqları cümə günü davam edəcək. İran, Avropa Birliyi və ABŞ rəsmiləri Cenevrədə görüşürlər. Onlar noyabrda Cenevrədə əldə olunmuş razılaşmanın detalları üzərində işləyirlər.

Razılaşmaya görə, İran beynəlxalq sanksiyaların yumşalması əvəzində nüvə fəaliyyətini məhdudlaşdıracaq.

İranın ali dini lideri Ayatollah Ali Khamenei cümə axşamı bildirib ki, nüvə danışıqları ABŞ-ın islam dövlətinə qarşı düşmənçiliyini üzə çıxarıb. İranın danışıqlardakı təmsilçisi Abbas Araqchi ümidini bildirib ki, qalan texniki məsələlər hazırki danışıqlarda həll olunacaq.

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Hassan Rohaniylə telefon söhbətində sazişin yerinə yetirilməsini müzakirə edib. İranın İSNA agentliyi xəbər verir ki, Rohani “danışıqlar prosesində problemlər yaradacaq bəhanələr axtarmamağa” çağırıb.
XS
SM
MD
LG