Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 22:58

Mərhum üçün dua etdiyinə görə cərimələndi


-
Mingəçevirdə Əli qəbiristanlığında bir mərhumun qohumlarının xahişi ilə onun üçün dua edən Tural Quliyev cərimələnib. Forum 18 təşkilatının yaydığı məlumata görə, cərimənin məbləği müəllimin bir illik maaşı həcmində – 1.500 manatdır.
Cərimə “dini görüşlər, yürüşlər və digər dini tədbirlər keçirməyə dair qanunvericiliyi pozmağa” görə tətbiq olunub.
“Qəbiristanlıqda çalışan, Quran oxuyan digər mollalar ondan şikayət edib. Onun rəsmi icazəsi olmayıb,” polis rəisi Anar Qədimov Forum 18-ə bildirib. O, başqa bir şəxsin də cərimə olunduğunu bildirib.
XS
SM
MD
LG