Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 08:43

Kobia MSK-nın İlqar Məmmədovla bağlı qərarını alqışlayır


Prezidentliyə namizəd İlqar Məmmədov
-
Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Roland Kobia Mərkəzi Seçki Komissiyasının REAL Hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyini təsdiqləməsini alqışlayır. Kobianın sentyabrın 3-də yayılmış bəyanatında deyilir ki, bu, Məmmədova mülki və siyasi hüquqlarından yararlanmaq imkanı verir.
“Məmmədov hələ istintaq təcridxanasında olduğu üçün mən bu addımı MSK-nın ədalətli və inklusiv qeydiyyat prosesini təmin etmək yönündə cəhdlərinin müsbət əlaməti sayıram. Bu prosedur namizədlərin səmərəli kampaniya aparması üçün gələcək addımlara gətirməlidir. Bu, beynəlxalq standartlara əsaslanan demokratik seçki prosesinə və Azərbaycanın bu sahədə öhdəliklərinə öz töhfəsini verməlidir,” bəyanatda belə deyilir.
XS
SM
MD
LG