Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:34

Şeyxülislamdan seçki çağırışı


Şeyxülislam Allahşükür Paşazadə
-
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə işğal altında olan torpaqların tezliklə azad edilməsini, dövlətçiliyin davamlı tərəqqisi, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini üçün dua edilir. Şeyxülislam “ümummilli lider Heydər Əliyevin davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın daha artıq tərəqqisi naminə fəaliyyətində böyük uğurlar” diləyir.
“Builki Ramazan bayramı xalqımızın, dövlətimizin həyatında mühüm hadisə olan Prezident seçkilərinə hazırlıq dövrünə təsadüf edir. Əminəm ki, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edəcək və həmişə olduğu kimi müdrikliyini nümayiş etdirərək, Azərbaycanımızı tərəqqi yoluyla irəli aparana səs verəcəkdir”.
XS
SM
MD
LG